Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

"Heç bir xəstəlikdən Tanrıdan çox qorxmayın" - Koronavirusdan ölən keşişin son sözləri

  • 2020.04.22 21:16
  • 1803 Baxış
"Heç bir xəstəlikdən Tanrıdan çox qorxmayın"    -   Koronavirusdan ölən keşişin son sözləri

Moskvanın Boqoyavlenski kafedral kilsəsinin protoyereyi 49 yaşlı Aleksandr Aqeykin koronavirusun ağırlaşmasından vəfat edib.

Medicina.az xəbər verir ki, pasxaöncəsi böyük orucluq günlərindən öncə o, sosial şəbəkəni tərk edərək, martın 1-də facebook səhifəsində bu sözləri yazmışdı: “Hər kəsdən bağışlanma və duanızı istəyirəm. Feysbuku 7 həftəlik tərk edirəm. Ümid edirəm görüşəcəyik”.

Son müsahibəsini isə pravda.ru portalına verib. O, koronavirusa görə kilsələrin bağlanmasına qarşı etiraz etmişdi.
Həmin müsahibədən son sözləri təqdim edirik:


“İnsanlara kilsəyə gəlməyi qadağan etmək yerli icra orqanları tərəfindən ağılsız addım idi. Yerli hakimiyyət bizə zorla heç nəyi qadağan edə bilməz. Onlar bizimlə dialoqa girib, məsləhətləşə bilərdilər. Belə addımlar popolizmdir. İnsanlar bu əmrləri tamam əksinə başa düşə bilər: necə yəni, qadağandır, mən gedəcəm. Gedib sübut edəcəyəm ki, imanım hər şeydən güclüdür. Bu insanların qarşısına isə biz çıxacağıq, onları yersiz qəhrəmanlıqdan çəkindirməliyik.

Mən tam məsuliyyətimlə deyirəm ki, biz hamımız eyni bərabərlikdə təhlükədəyik. Bu qorxu, təhlükə bizi Tanrının evinə gətirir. Birlikdə tövbə və dualarımızla Tanrıdan kömək istəməliyik. Mən inanıram ki, İlahinin qərarı ilə biz kilsənin içində də xəstələnə bilərik. Lakin O, bizə şəfa verməyə qadirdir. Biz xəstəlikdən Tanrıdan çox qorxmamalıyıq. Əgər qorxsaq, o zaman bizə heç nə kömək etməyəcək.


Hər şeydən təcrid oluna bilərik, amma Tanrıdan uzaqlaşmaq və qorunmaq mümkün deyil. Həyatımız onun əlindədir”.