Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Ghebreyesus və Avropa Birliyi (AB) Şurasının prezidenti Charles Michel təşkil etdikləri mətbuat konfransında gələcəkdə yaşanılacaq pandemiyalara qarşı hazırlıqlı olmalı olduğumuzu bildiriblər.
Medicina.az xəbər verir ki, pandemiyanı "dünyaya amansız bir dərs" olaraq adlan AB Şurasının sədri Charles Michel deyib ki, heç bir ölkə, heç bir qitə pandemiyaya qalib gələ bilməz: “Bu kimi hallarda ümumi mübarizə lazımdır. Mən yerinə, biz deməliyik. Bu gün pandemiya üçün çağırış edirik. Ana hədəfimiz gələcəkdəki pandemiyalara qarşı almaq üçün çalışmaqdır”.