Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Həbsdə olan icra başçısı koronavirusdan öldü

  • 2021.09.08 13:18
  • 1725 Baxış
Həbsdə olan icra başçısı  koronavirusdan öldü
Ağstafa rayonunun sabiq icra başçısı, hazırda həbsdə olan Nizaməddin Quliyev bu gün dünyasını dəyişib.


Medicina.az -ın verdiyi məlumata görə, o, həbsxanada koronavirusdan vəfat edib.

Keçmiş icra başçısının Goranboy rayonunun Tapqaraqoyunlu kəndində dəfn olunacağı gözlənilir.

Qeyd edək ki, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi üçün Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat zamanı Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev həbs olunmuşdu.

Bu ilin avqustun 7-də Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə zamanı Nizaməddin Quliyev 8 il 6 ay müddətində azadlıqdan məhrum edilmişdi.