Eldar Həsənov təcili DTX-nin Hospitalına köçürüldü
Sabiq baş prokuror və səfir, DTX təcridxanasında olan Eldar Həsənov bu gün yenidən DTX-nın Hərbi Hospitalına köçürülüb.
Medicina.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə Eldar Həsənovun vəkili Cavad Cavadov bildirib.
Onun sözlərinə görə, buna səbəb 31 iyulda Dövlət Təhlükəsizliyi Xidmətinin Təcridxanasının İstintaq otağında Eldar Həsənov istintaq hərəkəti zamanı növbəti başgicələnməsi isə yıxılması olub:
“Şənbə və bazar günü təcridxanada tibb personalı olmadığından ona dərhal yardım göstərilə bilmədi. Bu gün Eldar Həsənov yenidən DTX-nın Hərbi Hospitalına köçürüldü. Onda aşkar olunan paroksizmal pozision vertiqonun əslində müalicəsi yoxdur, profilaktikası vardır və həbs şəraitində bu mümkün deyil. Ömürlük xəstəlikdir, daimi başgicələnmələr olacaq”.
C.Cavadov bütün bunları və müvəkkilinin 66 yaşının olmasını nəzərə alaraq, Baş prokurordan Eldar Həsənov barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi və ev dustaqlığına buraxılması üçün təcili məhkəməyə təqdimat verilməsini xahiş edib.