Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Həbsdə koronavirusa yoluxan sabiq icra başçısının vəziyyəti ağırdır

  • 2021.09.17 14:57
  • 1378 Baxış
 Həbsdə koronavirusa yoluxan sabiq icra başçısının  vəziyyəti ağırdır
Vəzifə cinayətlərinə görə həbs olunan, Biləsuvar Rayon İcra Hakimiyyətinin koronavirusa yoluxan sabiq başçısı Mahir Quliyevin vəziyyəti ağır olaraq qalır.

Medicina.az -ın məlumatına görə, bu barədə onun vəkili məlumat verib.

“Müalicəsi davam edir, vəziyyəti isə ağır olaraq qalır”.

Vəkil onu da əlavə edib ki, M.Quliyev barəsindəki cinayət işi üzrə məhkəmə prosesinin növbəti tarixinin sentyabr ayı ərzində təyin edilməsi gözlənilmir.