Biləsuvar rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq başçısı, koronavirusa infeksiyasına yoluxan Mahir Quliyevin vəziyyəti ağır olaraq qalır.
Medicina.az Trend-ə istinadən xəbər verir ki, bu barədə M.Quliyevin vəkili məlumat verib.
Vəkil bildirib ki, sabiq icra başçısının səhhətində irəliləyiş yoxdur: "Artıq 10 gündür ki, ECMO cihazına qoşulub. Vəziyyəti ağır olaraq qalır".
M.Quliyev ötən il aprelin 29-da Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs edilib.