Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Həbibin atası koronavirusa yoluxdu, vəziyyəti kritikdir - VİDEO

  • 2020.05.19 00:19
  • 4426 Baxış

Bir müddət öncə xəstəxanaya yerləşdirilən Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədovun atası Abdulmanap Nurməhəmmədov koronavirusa yoluxub.

Medicina.az xəbər verir ki, bu barədə idmançı özünün “Instagram” hesabında məlumat verib.

Hazırda, Həbib Nurməhəmmədovun atası Moskvadakı xəstəxanalardan birində müalicə alır, vəziyyəti ağır qiymətləndirilir. Əvvəlcə pnevmoniya ilə xəstəxanaya yerləşdirilib, lakin sonradan bir həftə komada qalıb. Hazırda idmançının atası süni nəfəs aparatına qoşulub.

“Atam hazırda xəstəxanadadır, vəziyyəti çox ağırdır. Bu virusun fonunda ürək problemləri də yaranıb. Bir il əvvəl ürəyindən əməliyyat olunmuşdu və indi yenidən əməliyyat olundu. Odur ki, onun səhhəti çox ağırdır”-deyə, Həbib Nurməhəmmədov bildirib.
Bu gönderiyi Instagram'da gör

????

Khabib Nurmagomedov (@khabib_nurmagomedov)'in paylaştığı bir gönderi ()