UFC üzrə dünya çempionu, rusiyalı Həbib Nurməhəmmədovun atası və məşqçisi, 57 yaşlı Abdulmanap Nurməhəmmədov sətəlcəm şübhəsi ilə xəstəxanaya yerləşdirilib.
Medicina.az xəbər verir ki, ondan koronavirus testi götürülüb.
Məşhur şərhçi Ramazan Rabadanov Abdulmanapın xəstəxanaya yerləşdirilməsi barədə bunları söyləyib:
“Abdulmanap Mahaçqaladakı ikinci şəhər xəstəxanasında yatır. O, dağlarda olan zaman xəstələnib. İki gün orada gəzdi, qardaşları onu xəstəxanaya getməyə çətinliklə inandırdılar. Onun yanına heç kim buraxılmır”