UFC üzrə yüngül çəkidə dünya çempionu Həbib Nurməhəmmədovun atası və məşqçisi Abdulmanap Nurməhəmmədov bir neçə günlük komadan sonra özünə gəlib.
Medicina.az xəbər verir ki, Dağıstanda müalicə aldıqdan sonra Moskva xəstəxanasına aparılıb.
Daha öncə Həbibin atası koronavirus diaqnozu qoyulmuşdu. Bu barədə xəbəri “Sport-Express” nəşri yayıb.
“Abdulmanapın vəziyyəti çox pisdir, o, Moskvada komadadır. Dağıstanda səhv müalicə aparılıb və fəsad yaranıb. Onu təyyarə ilə Moskvaya aparıblar, hazırda isə hərbi hospitalda müalicəsini davam etdirir. O, orada təkdir, qohumlarına yanına girməyə icazə vermirlər”.