“Azərbaycanda qızılca ilə yanaşı, digər virus infeksiyalarına yoluxma hallarına rast gəlinir”
“Bir sıra infeksion xəstəliklər sadalanan simptomlarla, yəni hərarətin yüksəlməsi, ümumi zəiflik, halsızlıq, ürəkbulanma, qusma və s. ilə həm uşaqlar, həm də böyüklərdə rast gəlinə bilər”.
"Medicina" xəbər verir ki, bunu apa-ya açıqlamasında infeksionist Təyyar Eyvazov deyib.
“Bundan başqa, bəzi kəskin respirator infeksiyaların da oxşar klinik mənzərəni verməsi güman oluna bilər. İstənilən halda həkim müayinəsi və lazım gələrsə, diaqnozun təsdiqlənməsi üçün spesifik laboratoriya testləri tələb olunur. Hazırda qızılca ilə yanaşı, digər virus infeksiyalarına - mövsümi qrip və digər kəskin respirator virus infeksiyalarına yoluxma hallarına rast gəlinir”.