Göbələklərin tərkibində orqanizm üçün faydalı bir çox vitaminlər və minerallar mövcuddur.
Medicina.az xəbər verir ki, göbələklərin tərkibində olan A vitamini heç də yerkökündən az deyil. B1 vitamini isə mal qaraciyəri və dənli bitkilərin tərkibində olan qədərdir. Buna görə də hazırda mövsümü olan bu faydalı ərzaq məhsuluna qida rasionunda kifayət qədər yer ayrılmalıdır.
Göbələyin tərkibində bol miqdarda olan sink elementi dəri və damarlar üçün, kükürd saçlar və dırnaqlar üçün, kalium bədəndən artıq mayenin çıxarılması və sellülitin aradan qaldırılması üçün, mis isə toxulamaları daha elastik etmək üçün çox vacibdir.
Amma bütün bu sadalananlar o demək deyi ki, siz qızarmış və ya bişmiş göbələk yesəniz sizin xarici görünüşünüz və əhvalınız yaxşılaşacaq. Təəssüf ki, bütün bu maddələr istiliyin təsirindən parçalanırlar. Onların tərkibində olan faydalı maddələri saxlamağın yeganə yolu göbələkləri qurudaraq, daha sonra hazır qidaya əlavə etməkdir.
Göbələkdən hazırlanmış yeməkləri həzm etmək çətindir. Buna görə də mədə gücə düşməsin deyə gün ərzində 300 qr-dan artıq bişmiş göbələk yemək məsləhət deyil. Duza qoyulmuş və ya marinad olunmuş göbələkdən isə gün ərzində 100 qr-dan çox istifadə etmək olmaz.
Arzu
Medicina.az