Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Hazır satılan yeməklərin faydası yoxdur

  • 2023.04.26 17:49
  • 2060 Baxış
Hazır satılan yeməklərin faydası yoxdur
Mağazada və ya bazarda, eləcə də küçədə alınan hazır qidaların tez-tez istifadəsi sağlamlıq problemlərini daha da ağırlaşdıra bilər.


“Medicina” xəbər verir ki, mağazalarda satılan hazır nahar və şam yeməyi vaxtı keçmiş məhsullardan hazırlana bilər.


Həkim – diyetoloq Marina Sorokinanın sözlərinə görə, mağazalarda satılan "evdə hazırlanmış" adı altında yeməklər çox vaxt keyfiyyət standartlarına cavab vermir.


Hazır qidalarda əsas problem onun son istifadə tarixlərinin uyğun gəlməməsidir. Bu səbəbdən kartof püresi və kotletlər, qarabaşaq yarması ağır qida zəhərlənməsinə səbəb ola bilər.

Xüsusilə dəstdə balıq varsa, ehtiyyatlı olmaq gərəkdir.
Hazır qida ilə bağlı başqa bir problem, alıcının tez-tez istehsalçının iddia etdiyindən fərqli bir şey əldə etməsidir. İlk növbədə, keyfiyyət və dad xüsusiyyətlərinə aiddir.


Məsələn, istehsalçı günəşdə yetişdirilən pomidorların əvəzinə istixana pomidorlarından, təzə olanların əvəzinə turşulardan istifadə edə bilər. Çox vaxt aşpazlar mal əti və qaraciyərini donuz əti ilə əvəz edirlər və qiymət yüksək keyfiyyətli və ən təzə məhsul üçün müəyyən edilir. Şirniyyat məmulatları kərə yağı əvəzinə marqarinlə hazırlana bilər.


Bundan əlavə, satıcılar qaba daha cəlbedici görünüş verən müxtəlif dad artırıcılar, əlavələr və ya boyalar əlavə etməklə məhsulların keyfiyyətinə zərər vurur. Belə yeməklərin tərkibində faydalı heç nə qalmır.

Günay Quluzadə