Aktrisa Hazal Kayanın anası Ayşegül Kaya xərçəng xəstəliyinə tutulub.
Medicina.az axşam.az-a istinadən xəbər verir ki, aktrisa anasının saçlarını özü kəsməli olub. Anasının başını qırxarkən çəkilmiş fotosunu social şəbəkədə paylaşan Hazal bununla xərçəng xəstələrinə ümid vermək istədiyini deyib:
"Xərçəng adı dəhşət saçsa da, artıq olan olub. Erkən diaqnoz və sürətli müalicə çox mühümdür. Xoş diləklər üçün hər kəsə təşəkkür edirəm”.
Hazalın fotosuna qısa müddətdə minlərlə şərh yazılıb və aktrisa "xeyirli övlad” adlandırılıb.