Haymorit – yuxarı çənə hissədə, haymor ciblərinin selikli qişasının iltihabıdır.
Burun ətrafı orqanlar kəllə boşluğunda təzyiqin normal olması və oksigenin normal daxil olmasını tənzimləməkdən ötrüdür.
İltihabi, virus və bakterial xəstəliklər zamanı selikli qişalar qıcıqlanır, iltihablaşır, şişkinləşir.
Medicina.az böyüklərdə səbəb və gedişatına görə təyin edilənn 7 növ haymoriti təqdim edir. Əlamətlərə baxaraq, sizdə hansının olmasını təyin edin:
1. Kataral haymorit – burun daim şişmiş olur, qızarır
2. İkitərəfli haymorit – tənəffüs çətinləşir, insan burnunda danışır, qış fəslində ağırlaşır, xəstə özünü yorğun, apatiyada hiss edir, burnu və gözləri sulanır
3. Polipoz haymorit – burun boşluğundan poliplər və burun ciblərinin anatomik quruluşunun anatomik pozulması nəticəsində yaranır. Yeganə çıxış yolu əməliyyatdır.
4. Allergik haymorit – mövsümi xarakter daşıyır, allergendən uzaqlaşan kimi səngiyir
5. İrinli, bakterial haymorit – çox təhlükəlidir. Sümüklərə və beyinə kimi iltihab və nekroz verə bilər
6. Odontogen – dişlərdə iltihab, kist, ağız boşluğundan bakteriya çoxluğundan olur
7. Kəskin forma – gecikmiş mərhələdir, burundaxili çəpər əyriliyi olanlarda çox rast gəlinir. Müalicə düzgün olmadıqda və ya yarımçıq olduqda bu forma başlayır. Müddəti illərlə uzanır.
Haymoritin müalicəsi erkən mərhələdə peşəkar LOR həkim tərəfindən haymoritin növünə uyğun ən azı 1 -3 aylıq kurs müalicə ilə sona kimi aparılmalıdır.
Əgər həkim müalicənin cərrahi əməliyyatdan keçdiyini deyirsə, onu təxirə salıb, illərlə gözləməyin.