Mütəxəssislər bildirir ki, havada olan çirkləndiricilər normal şəraitdə bir bölgədən digər bölgəyə yayıldığı halda, hava dumanlı olduqda, çirkləndiricilərin hərəkətsiz duman qatına yapışması, onun müxtəlif bölgələrə yayılmasının qarşısını alır.
Medicina.az verir ki, belə olan halda sıx duman olan ərazilərdə hava duman olmayan ərazilərdən daha çox çirklənir. Belə olduqda tənəffüs və ürək xəstəliklərindən əziyyət çəkən insanların xüsusilə diqqətli olması vacibdir.
Mütəxəssislər dumanın həm də virus və bakteriyalar üçün yapışma səthi yaratdığını vurğulayırlar. Uzun müddət çirkli hava ilə nəfəs almanın allergik reaksiyalardan ürək xəstəliklərinə, iflicdən ağciyər xərçənginə qədər bir çox fərqli xəstəliyə səbəb ola biləcəyi qeyd olunur.
Havanın çirklənməsi birbaşa ağciyər xərçənginə də səbəb olur. Genetik meyli olan insanlarda bu ehtimal yüksəkdir.
Havada olan bəzi çirkləndiricilər insan orqanizminin toxuma və orqanlarında toplanır, xroniki xəstəliklərə, immun sisteminin zəifləməsinə səbəb olur.