Türkiyənin hava limanlarında iyulun 1-dən etibarən koronavirus test mərkəzləri açılacaq.
“Anadolu” agentliyi ölkənin Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoya istinadla xəbər verir ki, böyük hava limanlarında test mərkəzlərinin açılması iyulun 1-də, digər aeroportlarda isə iyulun 15-də baş tutacaq.
M.N.Ersoyun sözlərinə görə, testlərin qiyməti 15 avro olacaq və nəticələri iki saat ərzində veriləcək. Yüksək hərarəti olanlar testdən pulsuz keçəcəklər.