Yeni bir araşdırma təyyarə səs-küyünə məruz qalmanın ürək sağlamlığına mənfi təsir etdiyini ortaya çıxarıb.
Medicina.az xəbər verir ki, tədqiqatçılar hava limanının yaxınlığında yaşayan, təyyarənin qalxması və enməsi zamanı səs-küyə məruz qalan insanların ürək sağlamlığı üçün daha çox risk altında olduğunu müəyyən ediblər.
Araşdırmaya görə, səs-küyə məruz qalmaq infarkt riskini artırır.
"Journal of the American College of Cardiology" jurnalında dərc edilən araşdırmada İngiltərənin Heathrow, Gatwick, Birmingham və Manchester hava limanları yaxınlığında yaşayan 3635 nəfərin ürək görüntüləmə məlumatları araşdırılıb.
Təyyarə səs-küyü yüksək olan ərazilərdə yaşayan insanların ürəyi ilə təyyarə səs-küyü az olan ərazilərdə yaşayan insanların ürəyi müqayisə edilib.
Belə ki, səs-küylü yerlərdə yaşayan insanların ürək əzələləri daha sərt və qalın olur, çətin daralır və genişlənir.
Bunun xüsusilə gecə saatlarında daha çox təyyarə səs-küyünə məruz qalanlara aid olduğu bildirilib.
Aygün Nəbiyeva
Medicina.az