Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Hava kəskin soyuyanda kimlərin vəziyyəti dəyişə bilər?

  • 2023.11.17 17:41
  • 1776 Baxış
Hava kəskin soyuyanda kimlərin  vəziyyəti dəyişə bilər?



Temperaturun qəfildən kəskin enməsi bir sıra xroniki xəstəlikləri olan şəxslərə təsirsiz ötüşməyəcək


"Medicina" xəbər verir ki, temperatur bir gündə 10 dərəcə aşağı enən kimi bu problemlər kəskinləşə bilər.




-Astma – bronxit xəstəliyi, boğulması olanlar

-Şəkərli diabet xəstələri

-Meteohəssas insanlar

-Yüksək təzyiqi olanlar

-Ürək-damar xəstəliyi, qan damarlarında ateroskleroz olanlar infarkt, insult keçirmiş insanlar,

-Panik atak, nevroz və depressiyada olanlar

-Gözlərində problemi, iltihabi xəstəliyi olanlar

-Artroz, ostexondroz, artrit, revmatizması olanlar

-Rinit, sinusit, haymoriti olanlar




-Xüsusi təhlükəli hava şəraitində insanlarda səbəbsiz həyəcanlanma, qıcıqlanma, özündən çıxma, əsəbilik, yuxusuzluq və ya depressiv əlamətlər, süstlük, gərginlik tipli baş ağrıları artır.


-Belə günlərdə həkimlərə və təcili yardıma səbəbsiz hal dəyişmələrdən, ağrılardan müraciətlər çoxalır.


-Arterial təzyiqdə qəfil enmələr, qalxmalar müşahidə oluna bilər.


-Bəzən qarın boşluğunda və beldə spastik ağrılar başlayır, bunu zəhərlənmə ilə səhv də salırlar.


Təəssüf ki, belə havalarda və məqamlarda ürək-damar, beyin insultu səbəbindən ölüm hallarının sayı artır.



-Ürək damarlarında əməliyyat olanlar, stend taxılan insanlar narahatlıq hiss edən kimi həkimi ilə əlaqə saxlasın


Belə xəstəliyi olanlar bu günlərdə daha çox rahat ev şəraitində və optimal otaq temperaturunda olmalıdır

Aygün Musayeva
\