Hava dəyişkənliyi insana həm psixoloji, həm də fiziki mənfi təsir göstərir.
“Medicina” xəbər verir ki, həkim Olesiya Salavyovanın sözlərinə görə, atmosfer təzyiqinin, temperatur və havanın rütubətinin dəyişməsi müəyyən xəstəlikəri olan insanlara birbaşa təsir edir.
Ancaq sağlam və güclü bir bədən uyğunlaşma resurslarına malikdir.
Yazda istilik hələ sabit olmayanda, hava dəyişkənliyi ürək və tiroid xəstəlikləri olan insanlara mənfi təsirsiz ötüşmür.
Yaşlı insanlar belə dövrlərdə şikayət edə bilərlər. Onların qan təzyiqi dəyişə bilir, aritmiya yaranır.
Ani hava dəyişiklikləri zamanı yuxarıda göstərilən kateqoriyada olanların vəziyyətinə, qan təzyiqi, şəkər səviyyəsinə nəzarət etmək, həmçinin daha çox istirahət etmək və əhəmiyyətli stressə məruz qalmamaq vacibdir.
Günay Quluzadə