Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Hasardan tullandı, dəmir barmaqlıqlar mədəsini deşdi

  • 2024.01.31 10:02
  • 1376 Baxış
Hasardan tullandı,  dəmir barmaqlıqlar mədəsini deşdi
14 yaşlı yeniyetmə qarında, döş qəfəsində kəskin ağrı, boğulma, təngnəfəslik şikayətləri ilə təcili yardım vasitəsilə Kliniki Tibbi Mərkəzə gətirilib.

Qurumun məıtbuat xidmətindən Medicina.az -a verilən məlumata görə, dəmir hasardan aşan zaman ağır xəsarət alan azyaşlı uğurlu əməliyyat edilib.

Yaxınlarının verdiyi məlumata görə, yeniyetmə hasardan aşarkən dəmir barmaqlıqlar qarın nahiyəsinə batıb. Aparılan müayinələr nəticəsində xəstədə qarının daxilə nüfuz etmiş açıq yarası və döş qəfəsində sol tərəfli pnevmo-hemotoraks aşkarlanıb.

Xəstə təcili olaraq əməliyyata götürülüb və əməliyyat zamanı mədənin deşildiyi məlum olub. Həkim-uşaq cərrahı Binnət Sofuyevin iştirakı ilə keçirilən əməliyyat zamanı sol plevra boşluğu torokasintez olunub, drenaj qoyulub. Qarın boşluğunda isə laparotomiya əməliyyat icra edilib.

Hazırda xəstənin vəziyyəti stabildir və müalicəsi davam etdirilir.