Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Dünyanın ən məşhur professorları Bakıda - Harvard, Oksford... - FOTO

  • 2023.05.31 14:21
  • 1790 Baxış
Dünyanın ən məşhur professorları Bakıda  - Harvard, Oksford... - FOTO
27 may tarixində Bakımız, Azərbaycan səhiyyəsindəki inkişafı dünyaya tanıtmaqda önəmli rol oynayan beynəlxalq tədbirə ev sahibliyi etdi.


Medicina.az xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin 100 illik Yubileyinə Həsr Olunmuş, 6-cı Beynəlxalq, 2-Xəzəryanı Dövlətlərin, 4-cü Türk dilli Xalqların Bariatrik Cərrahiyyə və Metabolik Xəstəliklər Konqresi, 52-ci Beynəlxalq Bariatrik Klub Simpoziumunda 90-a yaxın xarici və yerli professorların, elm xadimlərinin çıxışları, 500-ə yaxın həkim və rezidentlərin iştirakı ilə yüksək səviyyədə təşkilatçılığı ilə fərqlənən Konqres oldu.


Dünya şöhrətli Harvard, Oxford, Cərrahpaşa və digər universitetlərin bariatrik metabolik cərrahiyyə üzrə bölüm rəhbərləri, İFSO, İBC prezidentləri, 12 beynəlxalq dərnəkdən, 12 ölkədən konqresə təşrif buyuran elm xadimləri tədbirin nə qədər əhəmiyyətli olduğunu göstərən faktorlardandır.


Önəmli məqamlardan biri də, konqresin beynəlxalq qurumlar olan İFSO(Beynəlxalq Bariatrik Federasiya), İBC(Beynəlxalq Bariatrik Klub Simpoziumu) və GLR(Qlobal Laporoskopik & Robotik) tərəfindən təsdiq olunması idi. Həmçinin Konqres Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən 17 DTT balı ilə akkreditasiya olunmuşdur. Konqresin milli sədri olan, Beynəlxalq Bariatrik Federasiyasının ölkəmizdəki tək rəsmi üzvü, Bariatriya sahəsində beynəlxalq elmi jurnallarda məqalələri dərc olunan, ABMCA(Azərbaycan Bariatrik Metabolik Cərrahiyyə Asossasiyası) sədri olan T.ü.f.(Tibb üzrə fəlsəfə) Dr. Taryel Ömərov tədbir haqqında qısa məlumat verib:


“Ulu Öndərimizin 100 illiyinə Həsr olunmuş beynəlxalq konqresə ev sahibliyi etmək bizlər üçün çox böyük məsuliyyət, eyni zamanda qürürdur. Böyük fəxr hissi ilə qeyd edə bilərik ki, artıq Azərbaycanda da beynəlxalq aləmdə təsdiqlənmiş tibbi elmi konqreslər, tədbirlər yüksək səviyyədə təşkil edilir. Bu eyni zamanda, Cənab Prezident İlham Əliyevin tibb sahəsinə göstərdiyi yüksək qayğının nəticəsidir ki, beynəlxalq tibb aləminə Azərbaycanda icra etdiyimiz cərrahi və qeyri cərrahi müalicə metodikalarının uğurlu nəticələrini xarici qonaqlarımızla paylaşaraq təcrübə mübadiləsi edirik. Xarici mütəxəssislər bu metodikalarla yaxından maraqlanaraq təqdirlə qarşılayır və səhiyyəmizdəki inkişafı müsbət mənada təəccüb ilə qarşılayırlar”.


Konqresin beynəlxalq sədrlərindən olan İFSO(Beynəlxalq Bariatrik Federasiyasının) prezidenti, Amerikanın tanınmış Harvard Universitetinin fəxri elmi məruzəçisi Professor Skott Şikora da öz təəssüratlarını paylaşıb:


“İlk dəfədir Azərbaycanda bir tibbi elmi konqresdə iştirak edirəm. Təəssüratlarım çox yüksəkdir, istər Bakı, istərsə də konqress haqqında. Əlbət ki, beynəlxalq elmi konqreslərin təşkil olunması asan iş deyil, ama əminliklə demək olar ki, dostumuz Dr.Taryel Ömərov və komandası bunun öhdəsindən çox gözəl gəliblər. Bariatrik cərrahiyyənin beynəlxalq protokollara uygun tətbiq edilməsi və pasiyentlərə daha çox faydalı ola bilmək üçün bu silsilədən olan konqreslər, tədbirlərin əhəmiyyəti əvəzedilməzdir”.


Son olaraq, konqres haqqında digər beynəlxalq sədr olan, TOSS(Türkiyə Bariatrik Cərrahiyyəsi Dərnəyi) prezidenti, Professor Mustafa Taşkın öz fikirlərini söyləyib: “Can Azərbaycan mənim üçün hər anlamda doğma vətəndir. Buraları çox sevirik və qardaşımız Dr. Taryel Ömərovun təşkil etdiyi bütün beynəlxalq tədbirlərdə oğlum Dr. Halit Eren Taşkınla sevərək və böyük qürurla iştirak edirik. Hər gəlişimizdə istər tibb, istər digər sahələrdə olan inkişaflara gözlərimizlə şahid olmamız isə bizi xoşbəxt edir. Günümüzün qlobal xəstəliklərindən hesab edilən piylənməyə qarşı mübarizədə uğurlu təcrübələri həm paylaşmaq, həm də digər çıxışçılardan dinləmək isə bizlərdə gələcəyimizə dair ümid yaradır. Unutmayaq ki, bütün bu xidmətlər həm Azərbaycan, həm dünya insanına faydalı olmaq üçündür”.

Son olaraq qeyd edək ki, konqres Modern Hospitalın təşkilati dəstəyi ilə həyata keçirilib.