Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Haran ağrıdığını göstər, səbəbini deyək – Ağrıların yerinə görə TƏSNİFAT

  • 2019.10.09 15:38
  • 9825 Baxış
Haran ağrıdığını göstər, səbəbini deyək –  Ağrıların yerinə görə TƏSNİFAT
Hər gün saytımıza bədənimin sağ, sol, belim, çanağım, qarnımın filan hissəsi ağrıyır, səbəbi nədir sualları gəlir. 

Bəzi xəstələr ağrılara fikir vermir, bəziləri keçəcək düşünür, bəziləri də ən xırda ağrıdan belə təşvişə düşür.

 


Medicina.az nahiyəsinə görə ağrıların təsnifatını təqdim edir. 


Siz ağrı nahiyənizi burda tapın və səbəblərini dəqiqləşdirin. Öz-özünüzə diaqnoz qoymayın.


SAĞ BÖYÜRDƏ AĞRI


Ən sadə, zərərsiz səbəb – qaçış, idman, narahat yatmaq və ya fiziki iş  ola bilər. Bu zaman ağrı 2-3 günə keçib getməlidir.


Sağ qabırğaaltında bərk ağrı bu daxili problemlərə işarə ola bilər:


-Böyrəklər: daş, iltihab, şiş, pielonefrit, 

-Qaraciyər: hepatit, abses, şiş

-Öd kisəsi: daş, çöküntü, iltihab

-Mədə-bağırsaq: peptiki xora, dispepsiya, qastrit

-Hamilələrdə bu ağrı bəzən preeklampsiyaya işarədir. Bu zaman mütləq təcili yardım çağırılmalıdır. Çünki döl ölə bilər.


Sağ tərəf qarının aşağısında ağrı: çox zaman kəskin appendisit əlamətidir. 


-    digər səbəblər: köp, yırtıq, sidik sistemi orqanlarının infeksiyası, daşı, qıcıqlanmış bağırsaq, Kron xəstəliyi, xoralı kolit, bağırsaq iltihabı


-Cinsiyyət orqanları xəstəliyi, menstrual tsikl, yumurtalıq xəstəlikləri, kişilərdə xaya burulması, qadınlarda yumurtalıq burulması. Bu zaman ağrı çox kəskin olur. Əgər ağrı çox dözülməz, insanı yerindən tərpənməyə qoymursa bu zaman təcili yardım çağırılmalı, xəstə hospitəlizə olunmalıdır. 


Təbii ki, bu ağır hallarda kəskin ağrı ilə yanaşı digər simptomlar da olmalıdır: titrətmə, soyuq tər, nəcisdə, sidikdə qan, ürəkbulanma, qusma, halsızlıq, dərinin avazıması, qarnın şişməsi, bərkiməsi və s.


 

 



 

SOL BÖYÜRDƏ AĞRILAR


Burda da ən yüngül ağrı masaj, ağır iş, idman, fitnes, qaçışdan ola bilər.


Digər səbəblər:


-Bağırsaq, 12 barmaq bağırsaq ağrıları

-Sol böyrəkdə daş

-Pankreatit – mədəaltı vəz 

-Dalaq şişməsi

-Ürək tərəfdən stenokardiya zamanı ağrı sol tərəfə və qabırğalararasına verir. 

-Diverkulit – bağırsaq divarındakı kisəciklərin iltibabı

-Meteorizm

-Yırtıqlar


-Öd və sidik yollarında daş

-Qastroezofagit reflüks xəstəliyi, xora

-Əzələ, sümük arası hondrit, nevralgiya, qabırğa sınması, mialgiya

-Ağciyərlərdə emboliya

-Nevroloji xəstəliklərdə panik atak, nevroz zamanı da sol tərəfə verən ağrılar olur


Hansı halda təcili yardım çağırmalı?


-əgər ağrı sürətlə qol, boyun, çənəyə yayılırsa

-Tər gəlirsə, ürək bulanırsa, təngnəfəslik varsa

-Bu ağrılar 20 dəqiqədən çox çəkirsə

-Döş qəfəsinə ağırlıq və sıxılma verirsə


BEL AĞRISI


Məhz bel hissənin, bel xəttinin ağrıması Ağırlıq qaldırma, əzələlərin dartılması, qəfil naqolay hərəkətlər, travmadan ola bilər.


Digər daha ağır səbəblər:


-Onurğa beyin şişləri

-Onurğa yırtığı

-radikulopatiya

-Böyrəklərin infeksiyası

-Onurğa infeksiyası – osteomielit

-Skolioz

-Pankreatit

-Qadınlarda ginekoloji səbəbdən endometrioz, yumurtalıq şişi, mioma, fibrioma, şişlər


Nə vaxt təcili həkimə getməli?


-Əgər çanaq, ayaq, qasıq tərəf keyiyirsə və ya sanki iynələr batırsa

-Sidik saxlaya bilməmək

-38 dərəcəni keçən qızdırma

-Kürəkdə şişkinlik, əyilmə, batıq

-Ağrı nə gecə, nə gündüz səngimirsə


MƏDƏ YANĞISI AĞRISI


Bu ağrı döş qəfəsi,kürək və qida borusuna verir. Simptomlar gecə, ac olanda və ya yeməkdən sonra, insan əyildikdə, uzandıqda artır. 


Amma mədə yanğısının digər səbəbləri də ola bilər:


-Diafraqmal yırtıq – mədənin bir hissəsi dafraqmadakı bu yırtıqdan keçir

-Dərin xora

-Qastral reflüks – öd şirəsi bağırsaqdan mədəyə düşür

-Eləcə də bəzən mədə yanğısı stenokardiya, infarkt kimi xəstəlikləri gizlədə bilər


Nə vaxt həkim çağırmalı?


-Soyuq tər gəlirsə

-Süstləşmisizsə

-Baş gicəllənirsə

-Ağrı qol, boyun, kürək, çənəyə kimi yayılırsa

-Təngnəfəslik başlayıbsa


Depressiya və nevroz ağrıları


Bu psixoloji xəstəliyi daşıyanlar bir buket xəstəliklər icad edir. Onlarda da bədənin müxtəlif nahiyələrində gəzən ağrılar olur. Depressiya və nevrozluğun ağırlığından asılı olaraq, bu ağrılar kəskinləşir. Bu halda xəstə ağrıların səbəbini orqanlarda yox, psixiatr müalicəsində tapmalıdır

 


Haran ağrıdığını göstər, səbəbini deyək –  Ağrıların yerinə görə TƏSNİFAT
Haran ağrıdığını göstər, səbəbini deyək –  Ağrıların yerinə görə TƏSNİFAT