Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Hantavirus nədir?

  • 2020.03.24 17:18
  • 2322 Baxış
 Hantavirus nədir?



RNT virusu olan Hantavirus, adını ilk dəfə qeydə alındığı Cənubi Koreyadakı Hantaan çayından alır.

Hemorragik qızdırmanın səbəb olduğu böyrək sindromu (HFRS) əsasən Asiya və Avropada rast gəlinir.


Hantavirus pulmoner sindroma (HPS) səbəb olan növ isə əsasən Amerika qitəsində yayılmışdır. Ötən illərdə rast gəlinən və gənə ilə ötürülən Krım Kongo Hemorragik qızdırmanın səbəbi olan Nairovirus da bunyaviridae ailəsindəndir.

İnfeksiya yolu
Siçanlar və bir sıra digər gəmiricilər hantavirus daşıyıcısıdırlar, xüsusən də kənd və şəhərlərdə insanlar üçün ciddi təhlükə yaradırlar. Həm də dünyada olduqca geniş yayılmışdır.
Gəmiricilərdə xroniki asemptomatik bir infeksiya meydana gəlir. Viremiya nəticəsində viruslar ən çox heyvanın dalağında, böyrəkdə və daha çox ağciyərdə yerləşir.Virusu daşıyan asimptomatik gəmiricilərin sidik, nəcis və ifrazatları ətraf mühitə və ətraf havaya yoluxa bilər.

İnsanların, yoluxmuş gəmiricilərdən inhalyasiya yolu ilə yoluxduğu təxmin edilir.

Gəmirici insanı dişlədikdə virus yayılması çox nadirdir.

Hantavirus əlaqə vasitəsi ilə insandan insana keçmir.

• Virusun mədə turşusuna davamlı olmadığı üçün virusun gəmiricilərin dişlədiyi çirklənmiş qida yolu ilə ötürülməsi real deyil.

Tədqiqatlar göstərir ki, virus qan köçürülməsi yolu ilə ötürülmür.

• Hantavirus inək, toyuq və ya pişik, it kimi ev heyvanları tərəfindən daşınmır, lakin bu heyvanlar gəmiricilərlə təmasda olduqda, vasitəçilik edə bilərlər.



İnkubasiya dövrü
Gəmiricilər və siçanlar bu virusdan təsirlənmir, xroniki asemptomatik bir infeksiya meydana gəlir, ancaq xəstələnmirlər.Onlar yalnız daşıyıcıdırlar.Bu virusu 1 - 12 aya sidik yolları ətrafına yayırlar.
İnkubasiya dövrü ilə bağlı dəqiq məlumat olmasa da, inkubasiya müddəti 12 - 21 gün hesab olunur.Müəyyən istisna hallarda, temperatur və rütubətdən asılı olaraq, fərdi immunitetin qorunması 5- 60 gün arasında dəyişə bilər.


Hantavirus Ağciyər Sindromu
Qızdırma, əzələ ağrısı, qanaxma, qarın ağrısı, baş ağrısı, öskürək, ürək bulanması və qusma kimi qeyri-spesifik klinik əlamətlər infeksiyanın ilk günlərində görülür. Sonradan ölüm ani təqib, taxikardiya, hipotenziya, ağciyər ödemi və kəskin tənəffüs çatışmazlığı nəticəsində baş verir.
Laboratoriyasında Lökositoz, Trombositopeniya, Hemoconcentration və LDH yüksəlişini müşahidə etmək olar.

Ağciyərlərin histopatoloji müayinəsində ağciyər ödəmi və interstisial sətəlcəm aşkar edilmişdir.
Hemorragik qızdırma olan böyrək sindromu olan xəstələrdə qəfil yüksək qızdırma müşahidə olunur, bu da 1-2 həftədə yox olur. Bu ürək bulanması, qusma, anoreksiya, zəiflik, konjonktivit, proteinuriya, hipertansiyon və ya hipotansiyonla müşayiət olunur. İlk 3-7 gün davam edən müxtəlif ümumiləşdirilmiş qanaxma və hematuriya oliquriya, anuriya və ya diurez ilə davam edə bilər və böyrək çatışmazlığı ilə nəticələnə bilər.Xəstəliyə yoluxanların ölüm faktı 7% -dir.


Müalicə
Hantavirus infeksiyası üçün heç bir peyvənd və ya xüsusi bir müalicə yoxdur.
Alimlər bu virusa qarşı peyvəndlər hazırlamağa davam edirlər.


Qorunma
Hanta virusu infeksiyasının qarşısını almaq üçün əsas strategiya yaşayış məntəqələri ətrafında gəmiricilərə nəzarət etməkdir.