Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Hansı «zərərli ərzaq»lar faydalı da ola bilirmiş? – Diyetologiyada yenilik

  • 2018.10.19 12:21
  • 18594 Baxış
Hansı «zərərli ərzaq»lar faydalı da ola bilirmiş? –  Diyetologiyada yenilik


Diyetoloqlar bütün ərzaq məhsullarını iki böyük qrupa bölürlər: zərərli ərzaqlar və faydalı ərzaqlar. 


Amma problem ondadır ki, biz, öz rasionumuzu onların tələblərinə uyğunlaşdırana qədər, diyetoloqlar «oyun qaydaları»ı dəyişirlər və təxminən, 5 il əvvəl gen-bol anti-reklama məruz qoyduqlarını, bu gün rasiona daxil etməyi məsləhət görürlər. Belədə, biz biçarələr nə edək? Fikirləşək, başqa nə edə bilərik ki? Ancaq gerçək elmdən qaynaqlanan faktlara və öz sövqi-təbiimizə əsaslanaraq fikirləşək...


İlk zərərli ərzaq - yumurta!


Yumurta uzun müddət açıq-aşkar zərərli ərzaq - xolesterinin mənbəyi hesab olunub. Xolesterin isə damarları daraldır və təcrübəli diversant kimi, ürək-damar sisteminə qarşı işləyir. Amma indi zaman dəyişib - alimlər müəyyən ediblər ki, xolesterin həm yaxşı, həm də pis olarmış.


Pis xolesterin damarları çirkləndirir, yaxşısı isə təmizləyir! Bu, xolesterinin funksiyaları üçün ən primitiv formullama hesab oluna bilər. Ancaq bu «əkizlər»in işinin əsas prinsipini az-çox anlamaq üçün alimlər uzun illər əmək sərf edirlər. Bu, bizə lazımdırmı? Yox! O zaman gəlin bu formuldan faydalanaq: yaxşı xolesterin infarkt və insultdan qoruyur, pis xolesterin - insanı onlara yaxınlaşdırır. İndi isə yenidən yumurta mövzusuna qayıdaq.


Sən demə,  yumurta yaxşı xolesterinin ən fəal və nizamlı mənbələrindən biridir. Üstəlik də asan həzm olunan yağların və nutriyentlərin belə yüngül sırasının mənbəyi imiş: sink, zülal, A, B, D vitaminləri, kalsium, dəmir, fosfor və s.

Deməli, faydalı ərzaqa - yumurtaya eşq olsun? Amma o yumurtaya yox ki, toyuqlar quş fabriklərinin dözülməz şəraitində yumurtlayırlar. Belə yumurtalarda toyuq yeminin tərkibindəki boy hormonu və «cəhənnəm həyatı»nın (broyler həyatı) doğurduğu stress hormonu bütün faydalı mikroelementlərin toplam miqdarından çox olur. Qısası, ev yumurtasından faydalanmaq lazımdır...



İkinci zərərli ərzaq - kartof...


Kartof - tərkibində kraxmalın yüksək miqdarda olması səbəbilə, zərərli ərzaq kimi tanınıb. Biokimya nöqteyi-nəzərincə, kraxmal müəyyən şərait daxilində elə həmincə şəkərdir. Şəkər isə məlum olduğu kimi, sadəcə bir neçə həkim kabinetinə «göndəriş»dir: artıq çəki ilə diyetoloq kabinetinə, ürəkdən şikayətlərlə kardioloq kabinetinə, şəkərli diabet ehtimalı ilə endokrinoloq kabinetinə. Bu, hamı üçün istisnasızdır. 


Ancaq insan orqanizminin genetik-şərtlənən zəif hissələri var ki, şəkərdən və ya zərərli ərzaq olan kartofdan ifrat istifadə edildiyi təqdirdə, sadəcə, «qırılır».


Bəs, belədə, nə üçün alimlər kartofa yönəlik öz «qəzəb»ini  «mehribanlıq»la əvəz edirlər? Sən demə, cavan (sütül) kartof «faydalı ərzaq» kateqoriyasına düşmək üçün bütün hüquqlara malik imiş! Onun tərkibində kalium kraxmaldan xeyli çox olur. Kartof nə qədər xırda olarsa, onun keyfiyyəti cücərmiş buğda keyfiyyətinə bir o qədər yaxın olur: ən xırda kartof dənələrində elə cücərmiş buğdanın tərkibindəki həmin «həyat qüvvəsi» ehtiyatı olur. Ona görə də xırda sütül kartof dənələrini təmizləməkdə tənbəllik etməyin...



Şokolad - zərərli ərzaq deyil


Şokoladın faydalılığı barədə qadınları inandırmağa ehtiyac yoxdur. Onlar heç bir molekulyar tədqiqat olmadan da, öz təcrübələrinə əsasən bilirlər: ağlamağın gəlir? - bir parça qara şokolad yeyərsən, hamısı ötüb keçər. Ona görə də keçmiş «zərərli ərzağ»ı çıxdaş etməyək və onu «faydalı» edən tərkib inqrediyentlərini sadalayaq:


 

- Teobromin - stress vəziyyətində sakitləşdirir, orqanizmə müntəzəm olaraq düşərkən, ümumilikdə, əsəb sistemini müalicə edir.

 

- Antioksidantlar - dərinin vaxtından əvvəl qocalmasına qarşı işləyir.

 

- Serotonin və dofamin hormonları həyatda sevinc hormonlarıdır. Onlar ətraf mühitin gözəllik effektini artırır və beyinin iş qabiliyyətini yüksəldir.

 

- Karbohidratlar - bəli, karbohidratlar! Güclü aclıq halında nahardan qabaq bir parça qara şokolad yeyilərkən, iştah azalar və çox yeməkdən çəkinərsən.


Təkcə buna görə, qara şokoladı «faydalı ərzaqlar» sırasına aid etməyə dəyər...


Yağlı süd, şor və smetan - zərərli ərzaqlardır?


Diyetoloqlar artan həyəcanla, öz fiqurunun gözəl olmasına iddia edən insanları xəbərdar edirlər - yağlar insan orqanizmi üçün lazımdır! Həm də onları natural ərzaqlardan almaq hamısından yaxşıdır. Nədən ki, qida məhsullarındakı təbii birləşmələr insan üçün də təbii ehtiyacdır və onlardan ağıllı istifadə olunması zərər gətirməz.


Yağsızlaşdırılmış şor, smetan və südü zərərli ərzaqlar sırasına aid etmək olar. Nədən ki, yağsızlaşdırma bu məhsulları «yayılmış» hala (konsistensiyaya) gətirir və müəyyən formaya salmaq üçün istehsalçıar onların tərkibinə kraxmal əlavə edirlər. Kraxmal isə (həm də əksər hallarda təbii yox, sintetik kraxmal) təbii yağlardan qat-qat zərərlidir.


Nəticə


Diyetoloqların köhnə dəbli tövsiyələrini qəbul etməzdən əvvəl, onları təbii qanunlarla yoxlayın. Tamamilə mümkündür ki, sizin məntiqi düşüncə qəbiliyyətiniz bəs edər ki, bütöv bir institutun xeyli şübhəli «kəşfi»ni rədd edəsiniz. Axı, «elmi araşdırma» həm də «sifarişli» və istehsalçı(lar) tərəfindən haqqı ödənilən ola bilir...


Hazırladı: Mirzə AĞ

Medicina.az

Hansı «zərərli ərzaq»lar faydalı da ola bilirmiş? –  Diyetologiyada yenilik
Hansı «zərərli ərzaq»lar faydalı da ola bilirmiş? –  Diyetologiyada yenilik
Hansı «zərərli ərzaq»lar faydalı da ola bilirmiş? –  Diyetologiyada yenilik
Hansı «zərərli ərzaq»lar faydalı da ola bilirmiş? –  Diyetologiyada yenilik
Hansı «zərərli ərzaq»lar faydalı da ola bilirmiş? –  Diyetologiyada yenilik
Hansı «zərərli ərzaq»lar faydalı da ola bilirmiş? –  Diyetologiyada yenilik
Hansı «zərərli ərzaq»lar faydalı da ola bilirmiş? –  Diyetologiyada yenilik