Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Hansı yaşdan sonra saçı rəngləmək olar?

  • 2023.01.31 16:26
  • 2740 Baxış
Hansı yaşdan sonra saçı rəngləmək olar?

Uşaq saçlarının rənglənməsini istəyirsə, rəngli şampunlar, köpüklər və digər müvəqqəti vasitələrdən istifadə etmək olar.

Çünki aqressiv süni boyalar saçın strukturunu məhv edir, bir neçə il müntəzəm boyamadan sonra saçlar quru, kövrək və mat ola bilər.


"Medicina" xəbər verir ki, trixoloq-dermatoloq Anastasiya Kudinova məlumat verib. Mütəxəssisin sözlərinə görə, valideynlər uşağın saçlarını rəngləmək istəyindən imtina etməsələr, rəngləmə vasitələrini seçərkən çox diqqətli olmalıdırlar.


O qeyd edib ki, saç boyasının istifadəsi bir qayda olaraq, insanlarda xərçəngə, zəhərlənməyə və ya orqanizmin pozulmasına səbəb olmur. Bundan əlavə, saç boyası digər kosmetik vasitələrdən daha çox allergik hesab edilmir.


Buna baxmayaraq, 16 yaşdan kiçik uşaqlar üçün saçları aqressiv boyalarla boyamaq tövsiyə edilmir. O, qeyd edib ki, bu, ilk növbədə, uşağın saçının böyüklərinkindən çox zərif olması ilə bağlıdır.

Uşağın saçının sağlamlığını qorumaq, lakin eyni zamanda onu sevindirəcək istəklərini inkar etməmək üçün alternativ boyalardan istifadə etmək məsləhətdir. Bunlar rəngli şampunlar, köpüklər və digər vasitələrdir. Müvəqqəti boyalar və durulama məhsulları saça nüfuz etmədiyi üçün daha erkən yaşlarda istifadə oluna bilər.

İstənilən halda, əgər valideynlər uşağın saçlarını boyamağa qərar verərsə, tərkibini diqqətlə öyrənməli və komponentlərin uşaqlar üçün təhlükəli olmadığına diqqət etməlidir.

Həmçinin, boyama prosedurundan əvvəl allergik reaksiyanın olub olmadığını yoxlamaq lazımdır. Bilək içərisinə az miqdarda boya çəkdikdən 30 dəqiqə sonra qızartı, yanma və digər reaksiyalar yoxdursa, boya istifadə edilə bilər.