Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Hansı yaşdan şəkərli diabet riski başlaya bilər - Endokrinoloqlar

  • 2022.04.04 14:49
  • 2223 Baxış
Hansı yaşdan şəkərli diabet riski başlaya bilər  - Endokrinoloqlar


İki tip şəkərli diabet növündən birinci tip uşaqlıqdan və yeniyetməlikdən aşkarlanır.

II tip diabet isə sonradan əmələ gəlir.

Bakupost.az xəbər verir ki, Rusiya səhiyyə nazirliyinin endokrinoloqu, ali dərəcəli həkim Natalya Mokrışeva hansı yaşda daha çox hallarda diabet diaqnozu qoyulduğunu açıqlayıb.

I tip diabet 18 yaşa qədər ən çox diaqnoz olunur.


II tip diabet artıq çəkili, piylənmə və metobolizm pozuntusu olan şəxslərdə gənc və orta yaşda da baş verə bilər.

Amma bu tip diabetin yarandığı orta yaş həddi statistikaya görə 56 - 57 arasıdır. 70% hallarda xəstələrə məhz bu yaş aralığından sonra diabet II diaqnozu qoyulur.

Aşağıdakı cədvəldə hər iki tip üzrə diabetin yaş statistikası göstərilib.