Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Hansı yaşda təzyiq xəstəliyi yaranır?

  • 2024.10.25 18:33
  • 262 Baxış
 Hansı yaşda  təzyiq xəstəliyi yaranır?

Hansı yaşda hipertoniya xəstəliyi riski artır.

“Medicina” xəbər verir ki, kardioloq Yevgeniy Şlyaxto kişilərdə təzyiq xəstəliyinin başlama yaşını deyib.


“Kişilərdə bu yaş 53+, qadınlarda 63+ -dan başlayır. Risk yaşı 50-dən başlayır. Əgər kişidə artıq çəki varsa, siqaret çəkirsə, daha tez başlaya bilər.


Hipertoniyanı inkişaf etdirən faktorları dəyişilə bilən və dəyişilməyən qruplara bölmək olar.

Dəyişməyən faktorlara yaş, cins, irsiyyət daxildir.

Dəyişilə bilənlərə isə - artıq çəki, piylənmə, siqaret, içki, fiziki aktivlik, diabet, stress və həyat tərzi aiddir.


Profilaktika üçün bu siyahıda dəyişə biləcəyinizi etmək lazımdır: siqareti azaltmaq, idman, gündə 5000 addım gəzmək, arıqlamaq. Eləcə də stresi azaldacaq vasitələr”.


Aygün Musayeva