Hamam, sauna ümumilikdə bədənə faydalı olsa da, bir çox xəstələrə əks göstərişdir.
"Medicina" xəbər verir ki, belorus həkim Olqa Koşelyuk kimlərə isti hamam, saunanın zərərıi olduğunu açıqlayıb.
Bu xəstələr üçün yüksəlmiş hərarət və yüksək nəmişlik ölümcül təhlükəli ola bilər.
"İstənilən xroniki xəstəliklərin kəskinləşmə dövründə sauna və hamam qəti qadağandır.
Bu bütün xroniki xəstəliklərə aiddir: istər ürək, istər böyrək, istər şəkər.
Revmatoloji xəstəliyi olanlar, hipertoniya-yüksək təzyiqi olanlar, dəridə iltihabi proses - psoriaz, irinli yara, xora olanlar, ürək-damar patoloji xəstələrinə isti hamam əks göstərişdir.
Epileptik tutması olanlara da tövsiyə olunmur.
Əgər siz bu yaxında ciddi cərrahi əməliyyat keçirmisizsə, hamam yaxşı variant deyil.
Qızdırmalı halda isti duş da almaq olmaz".
Aygün Musayeva