Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Hansı xəstəliklər pedaqoji fəaliyyətə yol vermir?

  • 2019.02.22 09:35
  • 7945 Baxış
Hansı xəstəliklər pedaqoji fəaliyyətə yol vermir?
 

Nazirlər Kabineti"Pedaqoji fəaliyyətlə məşğul olmağa yol verməyən xəstəliklərin Siyahısı” təsdiq edib.


Medicina.az xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.


Pedaqoji fəaliyyətlə məşğul olmağa yol verməyən xəstəliklərin siyahısı belədir:


Sıra №-si Xəstəliklərin Beynəlxalq Təsnifatı üzrə (XBT-10) kodu Xəstəliklərin adı

1 2 3


1. A15 Tənəffüs orqanlarının bakterioloji və histoloji təsdiq edilmiş vərəmi


2. F00 Alsheymer xəstəliyi zamanı demensiya


3. F01 Vaskulyar demensiya


4. F02 Başqa rubrikalarda təsnif edilən xəstəliklər zamanı demensiya


5. F03 Dəqiqləşdirilməmiş demensiya


6. F06.0 Üzvi hallyüsinoz


7. F06.1 Üzvi-katatonik hal


8. F06.2 Üzvi sayıqlama (şizofreniyayabənzər) pozuntusu


9. F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu


10. F10 Alkoqol qəbulundan yaranan psixi və davranış pozuntuları


11. F11 Opioidlərin qəbulundan yaranan psixi və davranış pozuntuları


12. F12 Kannabioidlərin qəbulundan yaranan psixi və davranış pozuntuları


13. F14 Kokainin qəbulundan yaranan psixi və davranış pozuntuları


14. F16 Hallyüsinogen maddələrin qəbulundan yaranan psixi və davranış pozuntuları


15. F20 Şizofreniya


16. F22 Xroniki sayıqlama pozuntuları


17. F31.1 Bipolyar affektiv pozuntu, psixotik simptomlarsız növbəti maniya epizodu


1 2 3


18. F31.2 Bipolyar affektiv pozuntu, psixotik simptomlarla növbəti maniya epizodu


19. F31.4 Bipolyar affektiv pozuntu, psixotik simptomlarsız müşahidə olunan ağır dərəcəli depressiyanın növbəti epizodu


20. F31.5 Bipolyar affektiv pozuntu, psixotik simptomlarla müşahidə olunan ağır dərəcəli depressiyanın növbəti epizodu


21. F33.3 Qayıdan depressiv pozuntu, psixotik əlamətlərlə müşahidə olunan ağır dərəcəli növbəti epizod


22. F60.0 Şəxsiyyətin paranoid pozuntusu


23. F60.2 Şəxsiyyətin dissosial pozuntusu


24. F60.3 Şəxsiyyətin emosional davamsız pozuntusu


25. F60.4 Şəxsiyyətin isterik pozuntusu


26. F63.0 Azartlı oyunlara patoloji meyil


27. F63.1 Yanğına patoloji hərislik (piromaniya)


28. F63.2 Oğurluğa patoloji hərislik (kleptomaniya)


29. F65 Seksual seçimin pozuntusu


30. F98.5 Kəkələmə (xüsusi təhsil müəssisələri istisna olmaqla)


31. H90.5 Eşitmənin dəqiqləşdirilməmiş neyrosensor tipli itirilməsi (xüsusi təhsil müəssisələri istisna olmaqla)


32. J38.0 Səs büküşlərinin və qırtlağın iflici


33. H54.0 Binokulyar korluq (xüsusi təhsil müəssisələri istisna olmaqla)


34. H54.1 Binokulyar ağır görmə pozuntusu (xüsusi təhsil müəssisələri istisna olmaqla)