Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Hansı xallar xərçəngin əlamətidir?

  • 2023.06.07 18:52
  • 1502 Baxış
Hansı xallar xərçəngin əlamətidir?
Melanoma- dəri xərçəngi riski daşıyan, birdən dəyişməyə başlayan yeni və ya köhnə xallardır.


“Medicina” xallarda diqqət yetirilməli məqamları təqdim edir:


1. Asimmetriya - əksər melanomalar adi, yuvarlaq və ya oval xallardan fərqli olaraq, asimmetrik formadadır. Əgər zehni olaraq. bir melanomanın ortasından bir xətt çəksəniz, hər iki tərəfi uyğun gəlməyəcək.

2. Sərhədlər - xoşxassəli melanomlarda sərhədlər bərabər və aydındır, melanomalar üçün isə qeyri-bərabər, kələ-kötür haşiyələr xarakterikdir.


3. Rəng - xoşxassəli melanomlar bərabər qəhvəyi rəngə malikdir, melanoma isə tünd və açıq qəhvəyi və ya qara rənglərin müxtəlif çalarlarının qarışığına malikdir. Bədxassəli kələ - kötür dairəvi melanom böyüdükcə rənglər daha da müxtəlifləşə bilər, rəng palitrasında qırmızı, ağ və ya mavi görünür.

4. Diametr - əksər melanomanın diametri altı millimetr və ya daha çox olur. Nadir hallarda rəngsiz melanomalar da görünür.

5. Dəyişikliklər - ölçü, forma, rəngdəki hər hansı bir dəyişiklik narahatedicidir. Düz bir xal qəflətən qabarıq olarsa, qəfil qaşınma yaranarsa, qabıqlanıb və ya qanamaya başlayarsa, onkoloq dermatoloqa müraciət edin.

Aynurə Məmmədova