Saç tökülməsi bir çox insanın kabusuna çevrilən problemdir. Saç tökülməsində genetik faktorlar, hormonal dəyişikliklər və stress kimi bir çox səbəb rol oynasa da, vitamin çatışmazlığı da gözardı edilməməlidir.
Medicina.az xəbər verir ki, bədəni aşağıdakı vitamin və minerallarla kifayət qədər təmin etməmək saç tökülməsinə gətirib çıxarır:
- Vitamin D
- Dəmir
- Biotin (B7)
- Sink
- Vitamin B12
Sağlam və balanslı qidalanma vitamin çatışmazlığının və saç tökülməsinin qarşısını almağın ən asan yoludur. Yuxarıda sadalanan vitaminləri ehtiva edən qidalardan istifadə etməklə saçlarınızın gurlaşmasına nail ola bilərsiniz. Həkiminizin tövsiyə etdiyi əlavələri qəbul etmək də faydalı ola bilər.
Gül