Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Hansı tip kişilər daha çox xərçəng olur? - Evli, yoxsa subay

  • 2025.01.30 16:11
  • 613 Baxış
Hansı tip kişilər daha çox xərçəng olur?   -  Evli, yoxsa subay


Xərçəng müalicəsi alan kişilər arasında elə bir kateqoriya var ki, digərlərinə nisbətən daha tez ölür. Mütəxəssislərin fikrincə, bu kateqoriyada ölüm halları iki dəfə artıb.


“Medicina” xəbər verir ki, Oslo Universitetinin tədqiqatçıları 40 il ərzində xərçəngə yoluxma və ölüm nisbəti arasındakı əlaqəni təhlil ediblər.

Məlum olub ki, evlilikdən qaçan insanlar xərçəng patologiyalarından evli kişilərə nisbətən daha tez ölürlər.

“Heç vaxt evlənməmiş xəstələrin ağciyər, süd vəzi və prostat xərçəngi də daxil olmaqla ən çox yayılmış 13 xərçəng növündən ölmə ehtimalı daha yüksəkdir”.


Alimlərin fikrincə, subaylarda xəstəlik səbəbindən ölüm riski 35 faiz, evli kişilər arasında isə demək olar ki, iki dəfə az, 18 faizdir.

Tədqiqatçılar daha əvvəl aparılmış araşdırmalara istinad edərək, evli insanların subaylardan daha sağlam olduqlarını və daha uzun ömür sürdüyünü aşkar ediblər.

Müəyyən ediilib ki, evlilik çox vaxt insanı həyat tərzində intizamlı edir, münasibətdə olanlar daha az siqaret və içki içməyə meyllidirlər.

Aygün Musayeva