Tərləmə və bədəndən tər axması 2 əsas səbəbdəndir: bədənin intoksikasiyası və daxili isinmə.
Medicina.az xəbər verir ki, həkimlər hansı halda tərləmənin təhlükəli ola biləcəyini açıqlayıb.
Bədəni soyuq tər basması və yüksək hərarət təcili olaraq xəstəxanaya müraciət etmək üçün əsasdır.
Tər soyuq və isti olur. Əgər tər soyuqdursa, ürək və ağciyərlər yoxlanmalıdır. Həmin vaxt hərarəti ölçün. Soyuq tər hansısa iltihabi prosesin kəskinləşdiyini göstərir.