Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Hansı tərəvəzin bişmişi daha xeyirlidir?

  • 2023.07.05 19:06
  • 1919 Baxış
Hansı tərəvəzin bişmişi daha xeyirlidir?
Məlumdur ki, bişirildikdən sonra bir çox meyvə və tərəvəzlərin vitaminləri istilik təsirindən məhv olur. Məhz buna görə çox tərəvəzi bişirilmədən yemək daha yaxşıdır.


“Medicina” xəbər verir ki, amma bəzi məhsullar bişirildikdən sonra, əksinə, daha da faydalı olur. Deməli, yüksək temperaturun təsiri altında bütün qiymətli maddələr itmir.



Kartof. Kartof təbii olaraq çiy şəkildə yeyilmir. Kartof bişirildikdə kartofun tərkibində olan zəhərli maddə solanin istilik nəticəsində məhv olur. Təzə kartoflarda bu maddə demək olar ki, yoxdur. Bu maddə əsasən köhnə kartofun qabığında toplanır. Soyulan zaman üzərindəki yaşıl sahə mütləq təmizlənməlidir.


Diyetoloqlar bişmiş kartofu soyutmağı məsləhət görürlər ki, tərkibindəki nişasta “davamlı” olsun. Çünki bu növ nişasta bir prebiyotik rolunu oynayır və daha az dərəcədə insulinin artmasına səbəb olur. Ən faydalısı salatlara əlavə edilən qaynadılmış soyuq kartofdur.

Yerkökü. Bu tərəvəz ilk növbədə beta-karotin, bədənimizin A vitamininə çevrildiyi bir maddədir. Araşdırmalara görə, kök bişirildikdə daha çox beta-karotin yaranır, üstəlik, asanlıqla həzm olunan bir formaya çevrilir. Kökün tərkibində A vitamini bişirildikdən sonra daha da çoxalır.

Yerkökünü az miqdarda bitki yağı ilə bişirmək daha faydalıdır.

Badımcan. Solanin toksininin çox olması səbəbindən bu tərəvəzi çiy yemək qətiyyən mümkün deyil. Badımcan bişirildikdə və qızarıldıqda daha faydalı olur. Badımcan yüksək tempraturda hazırlandıqda qaraciyərin bədəndən artıq xolesterolu daha effektiv şəkildə çıxarmasına kömək edir.

Bu tərəvəz qan şəkərini normallaşdırır, diabet və yüksək təzyiq riskini azaldır. Lakin bişdikdə badımcan antioksidantları saxlamır.

Pomidor. Təbii piqment likopen pomidoru qırmızı edir, lakin çiy tərəvəzdə o, daha gec mənimsənilir. Lakin bişirildikdə bu prosesi gücləndirəcək. Bu səbəbdən tomat pastası çox vaxt xam pomidordan daha faydalıdır. Pomidoru hazırlayarkən, zeytun yağından istifadə etmək lazımdır ki, mikroelementlər yaxşı mənimsənsin.

Likopen bir çox xroniki xəstəliklərdən, o cümlədən ürək-damar sistemi və onkoloji problemlərdən qoruya bilir.


Qulançar. Çiy qulançar bişmiş qulançar qədər dadlı deyil. Bu tərəvəz bişirildikdə, fenolik turşuların tərkibini artırır. İkincisi, bişmiş qulançar əlçatan və asanlıqla həzm olunan formada çoxlu A və E vitaminlərini ehtiva edir.

İspanaq. Əlbəttə ki, təzə və xırtıldayan ispanaq yarpaqları da çox sağlam və dadlıdır, xüsusən də yetişmiş pomidorla qarışdırılıb ətirli bitki yağı əlavə edilərsə. Təzə ispanaq C vitamininin tərkibinə görə liderlər arasındadır. Lakin oksalat turşusunun yüksək tərkibinə görə, dietoloqlar onu podaqra və mədə-bağırsaq problemlərindən əziyyət çəkən insanlara yeməyi tövsiyə etmirlər.

Həmçinin oksalat turşusu kalsium və dəmiri mənimsəməsinə mane olur.

Aynurə Məmmədova