Həkim terapevt Viktor İkonnikov hər gün yeməli olduğumuz faydalı tərəvəzi açıqlayıb.
Bakupost.az xəbər verir ki, onun sözlərinə görə hər gün bir iki dilim çuğundur yemək lazımdır.
Yaxşı olar ki, yarım ədəd çuğunduru sürtgəcdən keçirib, xama və ya zeytun yağı ilə qarışdırıb yeyəsiz.
Çuğundur qaraciyər və qanı təmizləyir, qanı oksigenlə təmin edir, pis xolesterini azaldır, damarları açır.
Dərini cavan saxlayır, qəbizliyə qarşıdır.
Xüsusən 50 yaşdan yuxarı insanlar üçün bu vacibdir.
Aygün Musayeva
BakuPost