Hazırda dünyada piylənmə pandemiyası aktualdır. Nəinki qadınlar, artıq kişi və uşaqlar da müxtəlif arıqladıcı qidalar, dietalar axtarır.
“Medicina” xəbər verir ki, endokrinoloq həkim Larisa Roqova yeməklə arıqlamağın sirlərini açıqlayıb.
«Yeməkdən yarım saat əvvəl isti su için. Su mədədə doluluq hissi yaradib onun tutumunu azaldacaq. Eləcə də isti su toxluq hormonu olan xolesistokinin hasilini artırır.
Şorbaları unutmayın. Şorbanı blenderdən keçirməyin, orda orta ət, toyuq, yarma və tərəvəz tikələri olmalıdır. İsti şorba da ciddi çeynənməklə yeyilir və bu da mədəni doyurur.
Püre şəklində şorbalar isə arıqlamağa təsir etmir. Çünki orda çeynəməyə əsas yoxdur və insan daha çox yeyir.
Əgər sizdə sidik turşusu yüksəkdirsə, ət və ispanaqlı şorba yeməyin.
Arıqlamaq üçün təkcə tərəzidə çəkiyə nəzarət etməyin, bel çevrəsini də ölçün. Çünki insulin dirənçinin birinci əlaməti bel çevrəsinin 90 sm-i keçməsidir”.
Aygün Musayeva