Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Hansı qidaları yemək olmaz?

  • 2023.07.20 16:39
  • 1014 Baxış
Hansı qidaları yemək olmaz?

Soyuducuda 2 həftədən artıq qalan ərzaq və məhsullar yeyilməməlidir.

“Medicina” xəbər verir ki, karton bağlamalardakı süd antiseptik südlərdir.

Mövsümündə yetişməyən bibərləri yemək olmaz. Onlar genləşdirilmiş və dərmanla böyüyən tərəvəzdir ki, orqanizmə birbaşa təsir göstərir.

Bağlamada olan keks, ruletlər adətən köhnəlmir, qurumur. Aylarla qala bilər və heç vaxt xarab ola bilməz. Onları da yemək olmaz.

Konfet və şokoladların 98 % - i dadlandırıçı və rəngləndiricilərlə zəngindir. Həmçinin olduqca çox yağ, şəkər, kimyəvi qatqılar və digər orqanizmə zərər maddələrdən hazırlanır ki, onu bir dəfə yedikdə bir daha yemək istəyəcəksən. Bu da nəticədə kökəlməyə və digər xəstəliklərə yol açır.

Paket çaylar adətən çaydan çox dadlandırıcılarla hazırlanır. Hətta kimyəvi maddələrin olması halı istisna deyil. Çalışın, təbii çayalardan istifadə edin.

Rafinə olunmuş duru yağlardan xam şəkildə istifadə etmək olmaz. Belə yağlar zavodlarda hazırlanır və mədə bağırsaq sisteminə heç bir köməyi dəymir. Əksinə, mədə bağırsaq sisteminin işini ləngidir.

Şirin qazlı suların tərkibi şəkər, kimyəvi maddə və qazlardan ibarətdir. Bu da orqanizmə pis maddələrin paylanmasına yol açır.

Belə suların tərkibindəki şəkər o qədər çoxdur ki, içdikdən sonra yenidən susuzluq hissi əl çəkmir.

Paketlənmiş meyvə şirələrinin tərkibində demək olar ki, meyvə yoxdur. Tamamilə kimyəvi maddələrdən hazırlanıb.

Aynurə Məmmədova