Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Hansı qidaları birlikdə istifadə etmək olmaz? – Dietoloq açıqladı

  • 2024.05.01 20:57
  • 873 Baxış
Hansı qidaları birlikdə istifadə etmək olmaz? –  Dietoloq açıqladı
Birlikdə istehlak edildikdə yararı artan qidalar olduğu kimi, problem yaradan qidalar da var.

Bunlardan bəziləri insulin müqavimətinə, bəziləri qida zəhərlənməsinə, bəziləri həzm problemlərinə səbəb ola; bəziləri isə dəmirin udulmasına mane ola bilər.

Faydalarının azalmaması, vitaminlərin itməməsi və zərər verməməsi üçün hansı qidaların birlikdə istehlak edilməməli olduğunu bilmək faydalıdır.

Dietoloq Ayça Sena Yılmaz birlikdə istehlak edilməməli olan qidalardan danışıb.

Medicina.az həmin qidaları təqdim edir:


Qovun və qarpız: yay mövsümünün əvəzolunmaz meyvələri olaraq tez-tez istehlak edilir. Bu iki meyvənin eyni anda istehlakı qan şəkəri üçün riskli sayılır.

Bu, qan şəkərini artıraraq insulin müqavimətinə səbəb ola biləcəyi üçün onların birlikdə istehlak edilməməsi tövsiyə olunur.

Balıq və süd: bədəndə “histamin”in yüksək səviyyədə olması qida zəhərlənməsi üçün risk faktorudur.

Balıq histamin ehtiva edir. Histamin süddə də yüksək səviyyədə olduğu üçün bayat balıq və süd birlikdə istehlak edilməməlidir. Balıq təzədirsə, təhlükə daha azdır.


İsti südlə bal: balı bişirmək olmaz, çünki istiliyə məruz qaldıqda balın tərkibi pozulur. Qaynayan südə əlavə edilən bal qismən xarab ola biləcəyi üçün isti südlə balı istehlak etməkdən çəkinmək tövsiyə olunur.

Süd soyuqdursa, birlikdə istehlak etməyin zərəri yoxdur.


Banan və kişmiş: banan və kişmiş həzm problemlərinə səbəb olduğu üçün birlikdə istehlak edilməməlidir.


İspanaq və qatıq: ispanaq və qatıq birlikdə istehlak edildikdə, qatığın tərkibindəki kalsiumun bioyararlılığının azaldığı bildirilir. Həmçinin, ispanağın tərkibində olan "oksalat" kalsiumun udulmasını azalda bilər.


Kəpəkli çörək və ət: Kəpək çörəyi dəmirlə zəngin ətlə birlikdə istehlak edilməməlidir. Onun istehlakı dəmirin sorulmasına mane olur.


Aysel