Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Hansı qidalar vaxtsız ölümə səbəb olur?

  • 2023.04.05 17:37
  • 1749 Baxış
Hansı qidalar vaxtsız ölümə səbəb olur?
Vegeterianlıq və ya veqan pəhrizi düşünüldüyü qədər sağlam deyil.

“Medicina” xəbər verir ki, son zamanlar daha tez-tez ət və heyvan mənşəli məhsullardan bitki mənşəli qidalardan imtina etmək məsləhətlərini çox eşidirsiz.

Veqanizm tərəfdarları deyirlər ki, qidalanmaya bu cür yanaşma sağlam qalmağa və uzun yaşamağa kömək edir.
Bununla belə, müasir tədqiqatlar sübut edir ki, bitki əsaslı pəhriz çox zərərli ola bilər və hətta vaxtından əvvəl ölüm riskini 23% artırır. Bu qənaətə İrlandiya, İsveçrə, Böyük Britaniya, İspaniya, Fransa və Almaniyadan olan alimlər qrupu gəlib.

Alimlər müəyyən bir pəhrizin nə qədər sağlam hesab oluna biləcəyini müəyyən etmək üçün bir indeks də hazırladılar.

Tədqiqatçılar pəhrizdəki hər bir maddəni qiymətləndirdilər. Heyvan qidası, məsələn, sıfırdan aşağı bal alıb.
Aşağıdakı məhsullar ən yüksək nəticə əldə edib: bütün taxıllar, meyvələr, tərəvəzlər (kartof istisna olmaqla), lobya, qoz-fındıq, qəhvə, çay.

Ancaq elm adamları "sağlam olmayanlara" bu qidaları daxil etdilər: təmizlənmiş taxıl məhsulları, kartof, şirin limonadlar, meyvə şirələri, konfetlər.

Yəni, təkcə ət və digər heyvan mənşəli məhsullar deyil, həm də şərti olaraq bitki qidalarına aid edilə bilən bəziləri də "sağlam deyil".

Nəticədə tədqiqatın müəllifləri qida növünə görə 17 qrupun hər birinin reytinqini ümumiləşdiriblər. Pəhriz sağlamlıq indeksi yüksək olan insanlarda ümumi səbəblərdən ölüm riski 0,84, xərçəngə tutulma riski 0,92, ürək-damar xəstəlikləri riski 0,92, miokard infarktı 0,86, işemik insult riski 0,86.0,84 olmuşdur.

Günay Quluzadə