Bəzi qidalar həddindən çox istifadə edildiyi zaman ishala səbəb ola bilər. Ancaq belə qidalar qəbizlik zamanı istifadə edilərsə adətən mənfi təsir göstərməz.
Acı bibər – Mütəmadi istifadə zamanı ishala səbəb olur.
Gilas – Bol vitaminlərlə zəngindir. Minerallarla da bol olan bu meyvə ilə qəbizliyin qarşısını ala bilərsiniz. Bağırsaq sistemini tənzimləyir. Ancaq çox yeyildiyi zaman bu sistem normadan artıq çalışaraq ishal yaradır.
Qatıq – ishalın qarşısını alan süd məhsulu hazır şəkildə marketlərdə satılır. Marketlərdə satılan belə hazır qatıqlara dadlandırıcılar qatıldığı üçün ishala səbəb ola bilər.
Cipsi – səhhət üçün zərərlidir. Həm artıq çəkiyə səbəb olan, həm də xərçəng riski daşıyan cipslərin tərkibində olan maddələr toxluq hissi verməz və mədəyə getmədən bağırsaqlara təsir göstərər.
Spirtli içkilər – vücuda daxil olan suya maneə yaradan spirtli içki maddələr mübadiləsini zəiflədərək həzm sisteminin çökməsinə və ishala səbəb olur.
Kafein – Yuxusuzluq, psixoloji narahatçılıqlar yaradır. Bununla yanaşı ishala da səbəb olur. Qəhvə orqanizmdəki maye tərəzisini poza bilər. Bu səbəbdən mütəmadi istifadə tövsiyə edilmir.