Beyin ilə bağırsaqlar arasında əlaqələr mövcuddur. Bu səbəbdən bağırsaqlar "vücudun ikinci beyni” adlandırılır.
Medicina.az xəbər verir ki, mütəxəssislər, istifadə edilən qidalarla xoşbəxtlik hormonu serotinin arasında güclü bağlantı olduğunu bildirirlər.
Tərkibində magnezium, çinko və omeqa 3 olan qidalar xosbəxtlik hormonu üçün vacibdir.
Hansı qidalar insanı xoşbəxt edir?
Meyvələr içində ən çox seroton olan meyvə banandır. Potasium və B vitamini sayəsində enerji verir. 1 ədəd banan ilə gününüzü daha xoş keçirə bilərsiniz.
Çiyələk - mövsümündə 6-8 ədəd yemək sayəsində orqanizmdə serotin artır ki, bu da vücuda müsbət təsir göstərir.
Balıq omeqa 3 serotonin hormonunu artıraraq insanın özünün daha yaxşı hiss etməsini təmin edir.
E vitamini ilə zəngin olan qoz, fındıq, badam triptofan maddəsinə görə əsəb sisteminin çalışmasını təmin edir. Gündə 1 ovuc yemək yetərlidir.
Bəs hansı qidalar insanın əhvalının düşməsinə səbəb olur?
Konserv yeyəcəklər – mərkəzi əsəb sistemi lazımi vitaminləri almadığından insanın əhvalını poza bilər.
Mayalı qidalar qluten tərkibli yeyəcəklər və süd məhsulları insanlarda həssaslıq yarada bilər. Həssas insanlar üçün bu qidalar mənfi təsir göstərir.
Həddindən çox kafeinin qəbulu kortizolu yüksəldir və hüceyrələrin insulin səviyyəsini azaldır. Bu isə insanı daha gərgin və əsəbi edir.
Bunlar mənə lazımıydı ama mənə lazım deyil ona görə yazdım və yazmadım çünkü yazmayacam çünki yazacam