Bildiyimiz kimi, qan ereksiyanın əsas hissəsidir. Qan qrupunun ereksiya üzərində hər hansı müsbət, ya da mənfi təsiri ola bilərmi?
Medicina.az xəbər verir ki, kişiləri ən çox maraqlandıran "Məndə potensiya niyə zəifləyir, mən impotent olacağammı" mövzusunda Türkiyədə maraqlı bir araşdırma keçirilib.
Alimlər
qan qrupunun potensiyaya təsirini öyrənib. Qan qrupu 1-ci qrup olan kişilərin ereksiya probleminin olma ehtimalları 2, 3 və ya 4-cü qrupa nisbətən daha azdır. Hətta 1-ci qan qrupu ilə müqayisədə II-III qrupa sahib kişilərin ereksiya problemləri 4 qat daha çox olur.
4-cü qan qrupu üçün isə bu riskin 5 qat qədər daha çox olduğu bildirilir.
Qruplar arasındakı əlaqə heç də şişirdilmiş deyil. Çünki daha əvvəl reallaşdırılan işlərdə, xüsusilə 4-cü qrup olmaq üzrə bəzi qan qruplarının, ürək xəstəlikləri, qan laxtalanması, yüksək xolesterol kimi sağlamlıq problemləri ilə əlaqəli olduğu bildirilirdi.
Eyni mexanizm, ereksiya problemi ilə qan qrupu arasında da uyğun ola bilər. Belə ki, bəzi araşdırmalarda, ereksiya pozğunluğu ürək problemlərinin ola biləcəyinə işarədir. Cinsi orqandakı damarlar, ürək ətrafı ilə müqayisədə daha kiçik olduğu üçün, mənfi təsir ilk əvvəl orada meydana çıxa bilər.
Qan qrupu 2, ya da 3 olan kişilərin qanında yapışma molekulu səviyyəsi daha yüksək olduğu üçün, arteriyalarda tıxanma meydana gəlməsi də mümkündür.
Bu da qan axışına təsir edərək, həm ürəyi, həm də cinsi orqanı təhlükəyə atır.