Alimlər xərçəng xəstələri üzərində apardıqları təcrübə əsasında, hansı qan qrupunun tromb əmələ gəlməsi riski daşıdığını araşdırıb.
Bakupost.az xəbər verir ki, xərçəng xəstələri digərlərinə nisbətən daha çox tromboza meyilli olur. Bu zaman xəstənin qan qrupu da rol oynayır.
Həkim İrina Andreyeva bildirir ki, 1-ci qrupdan başqa digər qruplar və xərçəng xəstələri diaqnoz qoyulandan 3 ay sonra tromba meyillənir.
“Onlarda ayaq venalarında dərin venaların trombozu yaranır.
Xəstələr həmçinin ağciyər emboliyası ilə üzləşir, bir çox hallarda xərçəng xəstələrini öldürən əsas xərçəng yox, elə bu tromb emboliyaları olur.
Alimlər belə qənaətə gəlib ki, qan qrupu xərçəngin ağırlaşmasına səbəb olan əsas marker ola bilər.
Onkoloqlar bunu nəzərə alıb, belə xəstələri tromb baxımından ciddi nəzarətə almalıdır”.
Aygün Musayeva
BakuPost