Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu qan qrupu infakrtdan qoruyur

  • 2025.01.09 17:54
  • 795 Baxış
Bu  qan qrupu  infakrtdan qoruyur

Ürək-damar xəstəlikləri riski qan qrupundan asılı ola bilir.


“Medicina” xəbər verir ki, bunu Niderland alimləri müəyyən edib.


Alimlər yarım milyon insanın qan analizləri və xəstəlik tarixçələrini analiz ediblər. Onlar qan qrupu ilə infarkt, ürək çatışmazlığı, damar tıxanması və insultun əlaqəsinin olub-olmamasını müqayisə edib.

Analiz göstərib ki, I qrup qanı olanlarda müxtəlif tip ürək-damar xəstəliklərinə yönəlmə digər qruplara baxdıqda azdır. Məsələn, I qan qrupu miokard infarktı riskini 9-10% azaldır.

II, III qrupda bu xəstəliklərin daha çox rast gəlinməsinin səbəbini qan plazmasında spesifik zülalın olması ilə izah edirlər ki, bu zülal tromb yaradır.
II qan qrupu daşıyıcılarında qanda xolesterinin artmasına meyillik də var.

Aygün M