Son zamanlar koronavirus infeksiyası ilə bağlı tomboz mövzusunun aktuallığı artıb. Lakin tromboz tək koronavirusun ağırlaşması deyil.
Müxtəlif digər xəstəlik və pozulmalar da damarlarda trombların əmələ gəlməsinin riskini artırır.
Həmçinin alimlər aşkar ediblər ki, qan qrupları da tromblaşma prosesinə təsir edir.
Medicina.az xəbər verir ki, alimlər müxtəlif qan qrupları olan 400 000 insanı müayinə ediblər. Məlum olub ki, trombozun riski 3-cü qan qrupuna aid olan insanlarda digər qan qrupları ilə müqayisədə daha yüksəkdir.
2-ci qan qrupu olan insanlarda da bu risk kifayət qədər yüksəkdir, lakin 3-cü qrupdan aşağıdır.
Ən aşağı risk isə 1-ci qan qrupuna aid olan insanlardadır. /saglamolun.az/