Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Hansı peşədə çalışanlarda babasil yaranır?

  • 2023.10.31 18:06
  • 1768 Baxış
Hansı peşədə çalışanlarda babasil yaranır?

Qəbizlik, qıcıqlanma, qaşınma, qanama kimi simptomları utanaraq gizlədən və həkimə getməkdən çəkinən insanlar düz bağıraq problemlərini daha da dərinləşdirirlər.

“Medicina” xəbər verir ki, koloproktoloq Anastasiya Travnikova hansı peşələrdə düz bağırsaq problemləri yarandığını açıqlayıb.

Kimlər hətta problem və əlamət olmasa belə, 3 ildən bir proktoloq qəbuluna getməlidir.

- Hamiləlikdən öncə və sonra qadınlar
- Artıq çəkisi olanlar
- Şəkər xəstələri
- Oturaq işdə çalışan bütün ofis işçiləri
- Sürücülər

- Bağırsaq əməliyyatı keçirənlər
- Nəsildə düz bağırsaq xərçəngi olanlar
- Qəbizliyi olub, daim qarın işlədicilər içənlər
- Anal cinsi münasibəti seçənlər

Əgər aşağıdakı əlamətlərdən azı 2-si varsa, mütləq proktoloqa gedin:

- Tualetə getməkdə çətinlik, ağrı
- Qanama
- Düz bağırsaqdan axıntı
- Anus nahiyənin şişməsi, yara, qanama, çat
- Anal nahiyənin qızarması, qaşınması


Aygün Musayeva