Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Hansı koronavirus xəstələri evdə müalicə olunacaq? - AÇIQLAMA

  • 2020.06.25 17:47
  • 2101 Baxış
Hansı koronavirus xəstələri evdə müalicə olunacaq?  - AÇIQLAMA


“Burada hər hansı dərman preparatının adını çəksəm, apteklərdə həmin dərmanların kütləvi şəkildə alınmasına səbəb ola bilərəm”.

Medicina.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, dərman preparatları barədə TƏBİB-ə lazımi materiallar verilib:

“Mən heç bir dərman preparatının adını çəkə bilmərəm. Lakin bildirim ki, vətəndaşların həkim təyinatı olmadan hər hansı dərman preparatlarından istifadəsi arzuolunan hal deyil.

Eyni zamanda, evdə müalicə məsələsinə gəldikdə, biz ev şəraitində simptomsuz xəstələrin müalicəsini nəzərdə tuturuq”.