Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Hansı kolbasa orqanizm üçün az zərərlidir?

  • 2023.02.04 19:50
  • 3980 Baxış
Hansı kolbasa orqanizm üçün az zərərlidir?

Həkim dietoloq Qalina Mezençeva istənilən kolbasanın orqanizm üçün təhlükəli olduğunu bildirib.

“Medicina” xəbər verir ki, həkim müəyyən mənada az-çox yararlı olan kolbasa növünü də açıqlayıb.

“Bişmiş kolbasa əlavə olaraq hisə verilmə və qızarmaya məruz qalmayıb.

Orqanizmə minimum zərərli kolbasa bişmiş və Doktorskaya kolbasasıdır.

Belə kolbasa QOST standart tələblərinə uyğun hazırlanıb və təbii inqridiyenti çoxdur.

Hazırkı dövrdə çox fərqli kolbasaların olması seçimi çətinləşdirir. Amma yenə də çoxu Doktorskayaya çatmır.
Bişmiş kolbasa qırmızı mal ətindən hazırlanır.

Amma buna baxmayaraq, bu kolbasanı da hər gün, tez-tez yemək olmaz.

Qırmızı ətdən emal olunmuş məhsullar – sosis, vetçina, kolbasa, qaxac ət, ət konservləri və yarımfabrikatlar xərçəng yaradan kanserogen maddələr siyahısına daxil edilib.

Çox kolbasa, sosis yemək süd vəzi, prostat, mədə-bağırsaq xərçəngi yarada bilər”.

Aygün Musayeva