Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Hansı idman növü daha çox kalori yandırır? - Sürətli arıqlamaq istəyənlər üçün

  • 2019.03.06 16:48
  • 8375 Baxış
Hansı idman növü daha çox kalori yandırır? -  Sürətli arıqlamaq istəyənlər üçün
İdman zallarında kalori yandırmaq üçün bəzi hərəkətlər edirik. Bir çox halda isə arıqlaya bilmədiyimiz üçün şikaytətlənirik. Bu zaman pessimistilyə qapılmağa ehtiyac yoxdur. Daha hərəkətli idman növlərinə yönəlməliyik. Bəs ən çox kalori yandıran idman növləri hansılardır?

 

Medicina.az sürətlə arıqlamaq üçün daha çox kalori yandırmağınıza kömək edən idman növlərini sizin üçün araşdırıb. 


Dağçılıq 


Adrenalin dolu bu idman növü son zamanlar ölkəmizdə də populyarlaşmağa başlayıb. Siz təbiət qoynunda gəzərkən, eyni zamanda bol-bol kalori də yandıra bilərsiniz. 


Voleybol 


Dostlarınızla həftəsonu istirahəti olaraq voleybol oynamağa gedib. Həm, birlikdə vaxt keçirib əylənin, həm də yaxşıca kalori itirib. Araşdırmalar göstərir ki, bir voleybol matçının sonunda insan ortalama 470 kalori yandırır. 


Tennis 


Tennis sərin yaz havasında oynana biləcək ən yaxşı idman növlərindəndir. Bədəndəki bütün əzələləri işlədir. Sağlamlıq üçün olduqca xeyirli idman növü sayılır. Bu idman növü erkən ölüm riskini də aşağı salır. Tennis bədəni formada saxlayır, stressi azaldır. Bir saat tennislə məşğul olmaq ortalama 400 kalori yandırır. 


Üzgüçülük


 Tərləmədən arıqlamaq fikri necə, size cəzb edir? Cəmi bir saatlıq üzməklə siz ortalama 500-800 kalori yandıra bilərsiniz. Ölkəmizdə xeyli sayda hovuzların fəaliyyət göstərdiyini və qiymətlərin də çox baha olmadığını nəzərə alsaq, bu idman növü də ideal sayıla bilər.

 

Yürüyüş 


Yürüyüşə çıxmaq omba və ayaq əzələlərini bərkidir, ürəyin fəaliyyətini tənzimləyir. Yürüyüşə çıxmaqla 400 kalori itirə bilərsiniz.