Yeni elmi araşdırmalar sübut edib ki, adi çay qanda şəkəri salıb, qaraciyəri sirroz və xərçəngdən qoruya bilər.
Medicina.az xəbər verir ki, sağlam insanlar və preddiabet mərhələsində olanlar çayla qanda şəkərin miqdarını normal saxlaya bilər.
Bu çayda olan polifenol sayəsində baş verir.
Bu maddə insulinin aktivləşdirir.
Tədqiqatlar sübut edir ki, polifenol ən çox qara çaydadır. O, təbii insulinin aktivliyini 15 dəfə artırır.
Hətta alimlər bildirir ki, çay prostat xərçəngi, infarkt, süd vəzi xərçəngindən də qoruya bilər.
Laboratoriyada siçanlar üzərində aparılan tədqiqatlar sübut edib ki, həm yaşıl, həm qara çayın şəkərin metobolizminə yaxşı təsir etdiyi sübut olunub.